Alma orqanizmi yoğun bağırsaq xərçəngindən qoruyur - TƏDQİQAT
28.11.2022 09:30

İnsanların gündəlik qida rasionuna daxil olan alma çoxumuzun sevimli meyvəsidir. Alma supermeyvə kimi öz reputasiyasını doğruldur. 

 

AZtibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, Montana Dövlət Universitetindən olan tədqiqatçılar almanın insanın bağırsağı üçün faydalarını əsaslandırıblar. Belə ki, bu meyvənin avtoimmun xəstəliklərdə, xoralarda və kolitdə həzm sistemində iltihaba səbəb olan patogenləri məhv etdiyi sübut edilib. Alma digər meyvələrdən daha yaxşı bədəni kolon (yoğun bağırsaq) xərçəngindən qoruyur.

 

Heyvanlar üzərində aparılan tədqiqatlar göstərib ki, almanın tərkibində bağırsaqlarda iltihaba səbəb olan hüceyrələrin fəaliyyətini dayandıra bilən antioksidant polifenollar var.

 

Əslində, polşalı tədqiqatçılar artıq 592 xərçəng xəstəsi və 765 sağlam insanı əhatə edən böyük təcrübə aparıblar. Təcrübə göstərib ki, bir insan gündə bir alma yeyərsə, bağırsaq xərçənginə tutulma ehtimalı əhəmiyyətli dərəcədə azalır.

 

Alimlər almanın belə xüsusiyyətlərini bu meyvələrin tərkibində çoxlu miqdarda flavonoidlərin - heterosiklik oksigen tərkibli birləşmələrin olması ilə izah edirlər. Onlar antioksidant kimi fəaliyyət göstərir, sərbəst radikalların təsirindən qoruyaraq bununla da şiş hüceyrələrinin əmələ gəlməsinin və çoxalmasının qarşısını alır.

 

Müəllif: Səadət Məmmədova

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Pediatr Sevil Orucovanın məqaləsi:
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
 Qaranlığa qalib gələn təbib - Rəşad Mahmudov yazır...   
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Maarifləndirici tədbir: “Məişət zorakılığına yox deyək!” 
Elmi-Tədqiqat Pediatriya İnstitutunda akademik Zərifə Əliyevaya həsr olunan konfrans keçirilib
Gözlərə nur bəxş edən fədakar həkim
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib