Səhiyyə Nazirliyində Belçikanın tibbi avadanlıq istehsalı üzrə aparıcı şirkətlərinin nümayəndələri ilə görüş keçirilib
24.11.2022 17:34

Azərbaycan Səhiyyə Nazirliyində Belçikanın tibbi avadanlıq istehsalı üzrə aparıcı şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Giriş sözü ilə çıxış edən səhiyyə naziri Teymur Musayev son illər ölkələrimiz arasında əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini qeyd edib. Onun sözlərinə görə, dövlət başçılarının müntəzəm görüşləri, eyni zamanda hökumət üzvlərinin qarşılıqlı səfərləri iki ölkə arasında müxtəlif istiqamətlərdə münasibətlərin inkişafında mühüm rol oynayır.

 

Ölkələrimiz arasında səhiyyə sahəsində də məhsuldar əməkdaşlıq əlaqələrin mövcudluğunu vurğulayan nazir bildirib ki, yüksək keyfiyyətli müalicəsi ilə tanınan Belçika Səhiyyə Xidməti dünyada ən yaxşılardan hesab olunur: “Eyni zamanda, Belçika əczaçılıq və tibb avadanlıqlarının istehsalı və satışı üzrə dünyanın aparıcı ölkələrindən biridir”.

 

Öz növbəsində İBA-nin Rusiya və MDB ölkələri üzrə vitse-prezidenti Kirill Makarenko və “Orfit Industries” şirkətinin nümayəndəsi Yoxan Foke Azərbaycanla əməkdaşlığın daha da yüksək səviyyədə olmasında maraqlı olduqlarını vurğulayıblar. Bildirilib ki, onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi üçün yüksək texnologiyalı tibbi avadanlıqlar istehsal edən İBA şirkəti proton terapiyası və dozimetriya sahəsində liderdir. Həmçinin şüa müalicəsinin istifadəsində fiksəedici avadanlıqlar istehsal edən “Orfit Industries” şirkəti xəstələrin immobilizasiyası və yerləşdirilməsi üzrə dünya üzrə aparıcı təchizatçıdır.

 

Görüşün sonunda tərəflər əməkdaşlığı inkişaf etdirmək barədə müzakirə aparıblar.

ÇOX OXUNANLAR
Neyroloqlar beyninizi cavan saxlamağın altı yolunu sadalayıb
Yulaf sağlamlığa bu xüsusiyyətinə görə zərərlidir
Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsi və Çağrı Mərkəzi bayram günlərində 7/24 rejimində fəaliyyət göstərəcək
Çinli həkimlər donuz böyrəyini insana köçürüblər
Hər gün ispanaq yeməyin FAYDALARI
Ramazan sonrası necə qidalanmalı?
“Həkimlərimizi tanıyaq!” rubrikası: Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu Leyla Qaçaylı
Peşəkar həkimlərimizi tanıyaq! -  Tibb üzrə fəlsəfə foktoru Sədi Allahverdiyev
Pediatr Sahilə Ələsgərova fəaliyyətini Xətai Tibb Mərkəzində davam etdirəcək
 Tibb müəssisələrində radioloji xidmətlərin təşkili istiqamətində işlər davam etdirilir   
Dişləri sıxmaq nəyə səbəb olur?
Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
Pediatr Sevil Orucovanın məqaləsi:
Samux Rayon Mərkəzi Xəstəxanasına farmakonəzarət üzrə məsul şəxs vəzifəsinə yeni təyinat olub