Sidik qaçırtma dərmansız müalicə olunurmu? - Şəbnəm Topbaştekin AÇIQLADI
24.11.2022 16:17

Sidik qaçırtma idarə edilə bilməyən və istəksiz olaraq sidik buraxma halıdır. Tibbdə adı urinar inkontinansdır. Əsasən yuxarı yaşlarda, bəzən isə cavan qadınlarda buna rast gəlinir.

 

Aztibb.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin Radiologiya şöbəsinin həkim-radioloqu Şəbnəm Topbaştekin məlumat verib.

 

Həkim bildirib ki, stressə bağlı sidik qaçırtma gülmə, asqırma, öskürmə, ağır qaldırma kimi hallarda olur. Belə vəziyyət sinir və əzələ zəifliyi ilə əlaqədardır. 

 

Dolma (çağırış) tip sidik qaçırtma. Bu növ sidik qaçırtma zamanı xəstə anidən sidik kisəsinin dolu olduğunu hiss edir və kontrolsuz şəkildə sidiyi qaçırır. Bu sidik kisəsi əzələsinin kontrolsuz yığılması ilə bağlıdır. Miks tip (Qarışıq) isə hər ikisi eyni vaxtda olur.

 

Şəbnəm Topbaştekin qeyd edib ki, sidik qaçırtmanın bir çox səbəbləri var. Buna misal olaraq, pöiylənmə, irəli yaş, sidik kisəsi sallanması, qəbizlik, genetik, sistik, vaginal infeksiyalar, sidik yollarında və böyrəkdə daş, şəkərli diabet, çətin doğuşlar, kişilərdə prostat hiperplaziyası (böyüməsi), bəzi təzyiq salan və sakitləşdirici dərmanlar, eləcə də sinir sistemi xıstəlikləri, Alzeymer xəstəliyi, allergiya əleyhinə olan bir neçə preparat, qadınlarda menapauza dövrü və s. göstərmək olar.

 

Onun sözlərinə görə, müalicə həm sadəcə həyat və qidalanma rejiminin dəyişdirilməsilə, həm konservativ, həm də cərrahi üsulladır. Əgər sidik qaçırtmaya səbəb olan piylənmə varsa, ilk növbədə xəstəyə xüsusi pəhriz və idman hərəkətləri məsləhət görülür. İdarə edilməyən yüksək şəkər olduqda xəstənin qəbul etdiyi preparat dəyişdirilir və normadan artıq su qəbulu azaldılır. Sidik kisəsi və çanaq əzələlərini möhkəmləndirən xüsusi idman hərəkətləri tətbiq olunur.

 

"Dərmanla müalicə yalnız həkim uroloq tərəfindən uroloji xəstəliyi olan xəstələrə yazılır. Cərrahi müdaxilə prostat böyüməsi, sidik kisəsi sallanması, sidik kisəsi və uşaqlıq yolu arasında fustul olduqda və başqa hallarda tətbiq olunur", - deyə Şəbnəm Topbaştekin bildirib.

 

Müəllif: Nərgiz Qəhrəmanova

ÇOX OXUNANLAR
Neyroloqlar beyninizi cavan saxlamağın altı yolunu sadalayıb
Yulaf sağlamlığa bu xüsusiyyətinə görə zərərlidir
Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsi və Çağrı Mərkəzi bayram günlərində 7/24 rejimində fəaliyyət göstərəcək
Çinli həkimlər donuz böyrəyini insana köçürüblər
Hər gün ispanaq yeməyin FAYDALARI
Ramazan sonrası necə qidalanmalı?
“Həkimlərimizi tanıyaq!” rubrikası: Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu Leyla Qaçaylı
Peşəkar həkimlərimizi tanıyaq! -  Tibb üzrə fəlsəfə foktoru Sədi Allahverdiyev
Pediatr Sahilə Ələsgərova fəaliyyətini Xətai Tibb Mərkəzində davam etdirəcək
 Tibb müəssisələrində radioloji xidmətlərin təşkili istiqamətində işlər davam etdirilir   
Dişləri sıxmaq nəyə səbəb olur?
Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
Pediatr Sevil Orucovanın məqaləsi:
Samux Rayon Mərkəzi Xəstəxanasına farmakonəzarət üzrə məsul şəxs vəzifəsinə yeni təyinat olub