ATU-nun əməkdaşı Rusiya Uşaq Cərrahlarının VIII forumunda iştirak edib
22.11.2022 09:19
Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq cərrahlığı kafedrasının assistenti Namiq Xəlilov noyabrın 10-12-də Rusiya Uşaq Cərrahları Assosiasiyasının dəvəti ilə Rusiya Uşaq Cərrahlarının VIII forumuna qatılıb.
 
Aztibb.az ATU-nun rəsmi "Facebook" səhifəsinə istinadla xəbər verir ki, forum Moskva şəhərinin Vega İzmaylovo hotelində hibrid formatda baş tutub. Rusiya Usaq Cərrahları Assosiasiyasının sədri, professor A.Razumovski, professor V.Rozinov və professor D.Morozov forumda giriş nitqi söyləyiblər.
 
Uşaq cərrahiyyəsinin aktual problemlərinə həsr olunmuş forumda “Bunu necə edə bilərəm?” mövzusunda videosessiya, eləcə də dəyirmi masa, master-klasslar və simpoziumlar keçirilib.
 
Forumun plenar iclasında açılış sözü ilə S.Ternovski adına mükafatın laureatı, professor V.Novojilov, G.Bayirovun 100 illiyinə həsr olunan film təqdimatı ilə professor A.Podkamenev, yenidoğulmuşların cərrahiyyəsinə həsr olunmuş mövzularla isə professorlar D.Morozov və A.Kotin çixiş ediblər.
 
Forum çərçivəsində “Abdominal cərrahiyyə”, “Aşağı axınlı damar malformasiyalarının diaqnostikası və müalicəsi”, “Neonatal dövrdə olan uşaqlarda mədə-bağırsaq traktının nadir anomaliyaları”, “Pediatriya praktikasında osteosintezin ağırlaşmaları”, “Koloproktologiyada mürəkkəb xəstə”, “Torakal cərrahiyyə”, “Pediatriya praktikasında neyroortopediya”, “Spontan pnevmotoraks”, “Kombustiologiyada innovativ texnologiyalar”, “Yuxarı sidik yollarının patologiyası”, “Uşaqlarda sümüklərin və yumşaq toxumaların irinli-iltihabi xəstəlikləri” və “Hipospadiya” mövzularında məruzələr dinlənilib.
 
Dəyirmi masada “Ağır diafraqma yırtığı”, “Uşaqlarda yalançı oynaqların müalicəsində problemlər”, “Rusiyada uşaq cərrahiyyəsinin tədrisi”, “Mexanik və termik zədələrin nəticələri olan xəstələrdə çapıq əleyhinə terapiya”, “Botulotoksin uşaq proktologiyasında”, “Uşaqlarda endoskopiya imkanları” mövzularında master-klasslar təqdim olunub.
ATU-nun təmsilçisi Dr. Namiq Xəlilov forumun işçi iclaslarında və Rusiya uşaq cərrahlarının hesabat seçkisində iştirak edib.
 
Rusiya Federasiyasinin butun bölgələrinin və MDB ölkələrinin nümayəndələrinin qatıldığı, gənc alimlərin elmi-tədqiqat işlərinin ənənəvi müsabiqəsi ilə yekunlaşan forum innovativ ideyaların və texnologiyaların geniş təbliğinə, yerli mütəxəssislərin beynəlxalq peşəkar məkana inteqrasiyasına öz töhfəsini verib.
 
 
 
Müəllif: Səadət Abdullayeva
ÇOX OXUNANLAR
Neyroloqlar beyninizi cavan saxlamağın altı yolunu sadalayıb
Yulaf sağlamlığa bu xüsusiyyətinə görə zərərlidir
Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsi və Çağrı Mərkəzi bayram günlərində 7/24 rejimində fəaliyyət göstərəcək
Çinli həkimlər donuz böyrəyini insana köçürüblər
Hər gün ispanaq yeməyin FAYDALARI
Ramazan sonrası necə qidalanmalı?
“Həkimlərimizi tanıyaq!” rubrikası: Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu Leyla Qaçaylı
Peşəkar həkimlərimizi tanıyaq! -  Tibb üzrə fəlsəfə foktoru Sədi Allahverdiyev
 Tibb müəssisələrində radioloji xidmətlərin təşkili istiqamətində işlər davam etdirilir   
Pediatr Sahilə Ələsgərova fəaliyyətini Xətai Tibb Mərkəzində davam etdirəcək
Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
Dişləri sıxmaq nəyə səbəb olur?
Pediatr Sevil Orucovanın məqaləsi:
Samux Rayon Mərkəzi Xəstəxanasına farmakonəzarət üzrə məsul şəxs vəzifəsinə yeni təyinat olub