Agentlik tərəfindən uşaq sığınacağında tibbi müayinə təşkil olunub  
18.11.2022 18:09

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə “Uşaq hüquqları aylığı” çərçivəsində Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində məskunlaşan uşaqlar üçün ixtisaslı həkim müayinələri təşkil olunub.

 

Agentlikdən Aztibb.az-a bildirilib ki, tibbi müayinənin keçirilməsində əsas məqsəd valideyn himayəsindən məhrum olmuş xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlamlığı ilə bağlı problemləri erkən aşkarlamaq və ağırlaşmaların qarşısını vaxtında almaqdır.

 

İcbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan tibbi müayinələrə 1-18 yaş qruplarında olan uşaq və yeniyetmələr, həmçinin uşaq sığınacağında məskunlaşan qadınlar cəlb olunublar. Tibbi müayinədə 2 nəfəri qadın olmaqla ümumilikdə 14 nəfər iştirak edib.

 

Onlar 20 nömrəli Uşaq Poliklinikasının pediatr, nevroloq, psixiatr, allerqoloq və travmatoloqdan ibarət həkim heyəti tərəfindən müayinə olunublar.

 

Müayinə nəticəsində 2 uşağın laborator analiz (hemoqram, dəmir, Ferritin və vitamin D) verməsinə ehtiyacın olduğu müəyyən edilib. Həmçinin 4-ü uşaq olmaqla 5 nəfərin funksional-instrumental müayinələrdən (rentgen, ultrasəs müayinə, maqnit-rezonans tomoqrafiya və elektroensefaloqrafiya) keçməsinə, 1 uşağın otorinolarinqoloqun, 1-i uşaq olmaqla 2 nəfərin oftalmoloqun və 1 uşağın uşaq cərrahının müayinəsinə göndərilməsinə zərurət yaranıb. Nəticədə onların müvafiq tibb müəssisələrində müayinələrdən keçmələrinə qərar verilib. Əlavə olaraq 1 nəfər hamilə qadın antenatal qulluq və doğuşa yardım məqsədilə həkim nəzarətinə götürülüb.

 

Həmçinin 3 uşağa yerindəcə ambulator müalicə təyin olunub və agentlik tərəfindən onlar lazımi dərman preparatları ilə təmin olunublar.

 

Qeyd edək ki, agentlik hər zaman uşaqlara qayğı ilə yanaşır, onların vaxtında müayinə və müalicə məsələlərini diqqətdə saxlayaraq davamlı olaraq tədbirlər görür.

 

Məlumat üçün bildirək ki, “Uşaq hüquqları aylığı” Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr – 20 noyabr tarixlərində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunub.

 

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Hər gün ispanaq yeməyin FAYDALARI
Peşəkar həkimlərimizi tanıyaq! -  Tibb üzrə fəlsəfə foktoru Sədi Allahverdiyev
Pediatr Sevil Orucovanın məqaləsi:
Bu hallarda qırmızı ət zərərli və ya sağlam hesab edilir
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
 Qaranlığa qalib gələn təbib - Rəşad Mahmudov yazır...   
Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Maarifləndirici tədbir: “Məişət zorakılığına yox deyək!” 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
Elmi-Tədqiqat Pediatriya İnstitutunda akademik Zərifə Əliyevaya həsr olunan konfrans keçirilib
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA