Xərçəngə qarşı yeni preparat hazırlanıb      
15.11.2022 16:09

Bioloqlar GRP78 zülalını spesifik olaraq bağlayan və onun fəallığını inhibə edən preparat hazırlayıblar. Tədqiqatın nəticələri "Neoplasia" jurnalında dərc edilib.

 

Aztibb.az hightech.fm-ə istinadən xəbər verir ki, Cənubi Kaliforniya Universiteti və Klivlend Klinikasının Tədqiqatlar və İnnovasiyalar Mərkəzindən olan tədqiqatçılar GRP78 ilə bağlı yeni tədqiqatlarını təqdim ediblər. GRP78 kimi tanınan zülal SARS-cov-2 və digər virusların yayılmasında iştirak edir. Bu zülal COVID-19-un və xərçəngin bir neçə tipi ilə bağlıdır. Zülal haqqında məlumatlar əsasında alimlər yeni preparat hazırlayıblar.

 

Bu yaxınlarda alimlər müəyyən ediblər ki, GRP78 istehsalını bloklamaq və ya yeni preparatın köməyi ilə onun fəallığını dayandırmaq SARS-cov-2-nin replikasiyasını dəfələrə aşağı salır.

 

Tədqiqatçılar GRP78-ə "hücum"un COVID-19-u müalicə etməyə kömək edib-etməyəcəyini yoxlamaq üçün virusa yoluxmuş ağciyərlər hüceyrələrində HA15 preparatını sınaqdan keçiriblər. Əvvəlcə onu xərçəng hüceyrələrinə qarşı hazırlayıblar. Müəyyən edilib ki, o, GRP78-i spesifik olaraq bağlayır və onun fəallığını inhibə edir.

 

Nəticədə müəyyən edilib ki, HA15 müqavimət üçün medikomentoz müalicəyə cavab verən KRAS-ın mutant zülallarının hazırlanmasını dayandırır və xərçəng hüceyrələrinin həyat qabiliyyətini aşağı salır.

ÇOX OXUNANLAR
 Şuşa Rayon Mərkəzi Xəstəxanası vakansiya elan edir   
TƏBİB Mülki müdafiə üzrə mütəxəssis vəzifəsi üzrə vakant yerlər elan edir  
Antibiotiklərdən özbaşına istifadə etməyin!
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə işçi axtarılır
Azərbaycanlı həkim ABŞ-da beynəlxalq tədbirdə iştirak edib
Yeni dərman ağır qan laxtalanması xəstəliyini müalicə edir
“Həkimlərimizi tanıyaq!” rubrikası: Travmatoloq-ortoped Elvin Əsədov
TƏBİB Tibbi təhsil və innovasiyalar departamentinə işçi axtarır
 Azərbaycan əsilli ilk Nobel Sülh mükafatçısı ATU-nun qonağı olub   
 TƏBİB aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir   
 Diaqnoz Tibb Mərkəzi tərəfindən maarifləndirici aksiyalar davam etdirilir   
Milli Hematologiya və Transfuziologiya Mərkəzində kadr dəyişikliyi olub  
Respublika Klinik Xəstəxanasının həkimləri 2 yaşından hemofiliya A xəstəliyindən əziyyət çəkən 15 yaşlı pasiyenti müalicə ediblər
Respublika Kliniki Uroloji Xəstəxanasında akademik Mirməmməd Cavadzadəyə həsr olunan konfrans keçirilib
Ürək-damar xəstəliklərinə tutulmamaq üçün nə etməli?