ÜST: Teletəbabət daha çox sayda pasiyentə xidmət etməyə imkan verəcək
12.11.2022 11:38

COVID-19 pandemiyası dövründə bütün dünyada mütəxəssislər tərəfindən insanlara internet vasitəsilə göstərilən xidmətlərin həcmi kəskin şəkildə artıb. Bu baxımdan tibb sahəsi də istisna olmayıb. Təcrübə göstərib ki, həkimə distant rejimdə müraciət etmək, xüsusən ucqar rayonlardan və ya əhalinin aztəminatlı qruplarından olan pasiyentlər barədə söhbət gedəndə, bir sıra üstünlüklərə malikdir.

 

Aztibb.az Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytına istinadla xəbər verir ki, COVID-19 pandemiyasından sonrakı dövrdə səhiyyə sahəsinin silahlı münaqişələrdən və xəstəliklərin yayılmasından başlamış iqlim dəyişmələrinə qədər mürəkkəb problemlərlə üzləşdiyi şəraitdə teletəbabətin imkanlarından davamlı istifadəni təmin etmək üçün ÜST-də yeni təlimat hazırlanıb. Bu sənəd teletəbabət siyasətinin müəyyən edilməsinə, müvafiq metodların işlənib hazırlanmasına və tətbiqinə kömək edəcək.

 

Yeni sənəd ÜST-nin rəqəmsal texnologiyaların təbabətdə tətbiqinə dair təlimatı tamamlayacaq. Burada tibbi xidmətlərin maksimum sayda insanlar üçün əlçatanlığını təmin etmək məqsədilə teletəbabət proqramının planlaşdırılması, reallaşdırılması, dəstəklənməsi və onun büdcəsinin tərtib edilməsi prosesində ölkələrin görə biləcəyi praktiki tədbirlər təsvir edilir.

 

ÜST-də qeyd edirlər ki, teletəbabətin inkişafı yolunda əsas maneə, xüsusən inkişaf etməkdə olan ölkələrin ucqar rayonlarında internetə qoşulmaq imkanlarının aşağı səviyyədə olmasıdır. Bundan əlavə, bəzi pasiyentlər teletəbabətə mənfi münasibət bəsləyir, səhiyyə işçiləri ilə şəxsən ünsiyyətdə olmağı üstün tuturlar. Lakin ÜST-də əmindirlər ki, ənənəvi metodlarla bərabər teletəbabətin üstünlükləri mübahisə doğurmur. Təşkilat dünya ölkələrinin hökumətlərini digər rəqəmsal xidmətlərlə yanaşı tibbi heyəti müasir rabitə vasitələrinin köməyi ilə pasiyentlərlə ünsiyyət qaydalarını öyrətməyə, əhalini yeni imkanlar barədə maarifləndirməyə çağırır.

ÇOX OXUNANLAR
Mərkəzi Klinika Gəncə Xəstəxanasında 1 yaşlı uşaq üzərində qasıq yırtığının ləğvi əməliyyatı icra olunub
Bakı Sağlamlıq Mərkəzinin həkimi uzun sürən xəstəlikdən sonra vəfat edib
Əməkdar həkim Cəlil Nəzərov uzun sürən xəstəlikdən sonra vəfat edib  
Diaqnoz Tibb Mərkəzində MRT və KT müayinələri icbari tibbi sığorta ilə də icra olunur
“Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” II respublika elmi-praktiki konfransı keçiriləcək
Bir sıra regionlarda təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsinə işçi axtarılır - Vakansiya
Bəşəriyyət sürətlə əqli geriləmə yaşayır - Elm adamları izah etdi
 Ağstafa Rayon Mərkəzi Xəstəxanasında yeni kadr TƏYİNATI   
Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası əməkdaşlarının iştirakı ilə iməcilik keçirilib
Səhiyyə işçiləri arasında “Sağlamlığa Doğru Qaç!” adlı layihəyə start verilib
TƏBİB-in nümayəndə heyətinin Avstriya Respublikasına işgüzar səfəri baş tutub
Qazax Rayon Mərkəzi Xəstəxanasının cərrahı Araz Babayev - Həkimlərimizi tanıyaq!
Qazax RMX-nın Cərrahiyyə şöbəsinə yeni müdir təyin edilib - TƏYİNAT
Zaqatala RMX-nın əməkdaşı yaş həddi ilə əlaqədar təqaüdə göndərilib