Mərkəzi Gömrük Hospitalında rezidentura təhsilinə start verilib
14.10.2022 18:02

13 oktyabr 2022-ci il tarixindən etibarən Azərbaycan Tibb Universitetinin 8 rezidenti Mərkəzi Gömrük Hospitalında yüksəkixtisaslı həkimlərin rəhbərliyi altında rezidentura təhsilinə başlayıb.

 

Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitaldan məlumat verilib.

 

Qeyd olunub ki, rezidentlər təhkim olunduqları şöbələrin əməkdaşları ilə birlikdə xəstələrin kovservativ və cərrahi müalicələrində yaxından iştirak edirlər.

 

Həkim-rezidentlər: Çələbiyeva Nuranə Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin həkim-cərrahı Kamran Beydullayevin, Əzizova Firəngiz Mama-ginekoloji şöbəsində mama-ginekoloq Sədi Allahverdiyevin, Fərid Salahlı Kardiovaskulyar Cərrahiyyə şöbəsində şöbə rəisi Əliyev Elməddinin, Abdullayeva Fidan Kardiovaskulyar Cərrahiyyə şöbəsində həkim-cərrah Kənan Əsədovun, Fəridə Məstaliyeva Uşaq Cərrahiyyəsi şöbəsinin həkim-cərrahı Vüsal Cəfərovun, Elxan Qasımov Urologiya şöbəsində həkim-uroloq Samir Ağalarovun, Məkanə Abbaslı Əməliyyatxana, anesteziologiya və reanimasiya şöbəsində həkim-anestezioloq-reanimatoloq Sevda Hüseynovanın və Nigar Hüseynli Əməliyyatxana, anesteziologiya və reanimasiya şöbəsində həkim-anestezioloq-reanimatoloq Könül Həsənovanın rəhbərliyi altında öz ixtisasları üzrə praktiki bilik və bacarıqlara yiyələnirlər. Bu günün rezidentləri sabahın peşəkar həkimləridir.

 

Xatırladaq ki, Mərkəzi Gömrük Hospitalının Azərbaycan Tibb Universiteti ilə imzaladığı müqaviləyə əsasən ATU-nun məzunları Hospitalda yüksəkixtisaslı həkimlərinin rəhbərliyi altında rezidentura təhsili alırlar. Mərkəzi Gömrük Hospitalında 2018-ci ildən yaradılmış rezidentura təhsilinin əsas məqsədi gələcəkdə işinin peşəkarı, yüksək nəzəri və təcrübi biliklərə malik, Hippokrat andına sadiq olan savadlı həkimlər yetişdirməkdir.

 

ÇOX OXUNANLAR
Qaraciyərin düzgün işləməməsinin ƏLAMƏTLƏRİ  
Təbii vasitə 12 həftə ərzində 8 kiloqrama qədər arıqladır
Buğda cücərtisi gənclik iksiri kimi də bilinir
Təcili tibbi yardım briqadasının yardımı ilə 66 yaşlı xəstə Mərkəzi Klinik Xəstəxanaya hospitalizasiya olunub
Şuşa Rayon Mərkəzi Xəstəxanasının ginekoloqu Şəbnəm Baxşəliyeva - Həkimlərimizi tanıyaq!
Şahdamara stend taxıla bilərmi?
Uzman həkim Şiraslan Baxşəliyev Gəncə Beynəlxalq Xəstəxanasında pasiyentləri qəbul edəcək
Böyrək daşı xəstəliyi nədir və necə yaranır?
Uşaq cərrahı Günel Əmiraslanova Şəkidə Bonum Medicalda pasiyent qəbulu həyata keçirəcək
Sürətli döyüntünün tək səbəbi ürək deyil!
Qaradağ Tibb Mərkəzində daha bir uğurlu əməliyyat icra olunub
Masallı Rayon Mərkəzi Xəstəxanasının otorinolarinqoloqu Kamran Musayev - Həkimlərimizi tanıyaq!
Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
Naftalan Şəhər Mərkəzi Xəstəxanasının nevroloqu Təranə Bayramova - Həkimlərimizi tanıyaq!