ATU-da Litva səhiyyə nazirinin müavini ilə görüş keçirilib
20.09.2022 11:53

Azərbaycan Tibb Universitetində (ATU) ölkəmizdə səfərdə olan Litva səhiyyə nazirinin müavini Ausra Bilotiene-Motiejuniene və Litvanın ölkəmizdəki səfiri Egidius Navikasla görüş keçirilib.

 

Bu barədə Aztibb.az-a ATU-dan bildirilib.

 

Qeyd olunub ki, görüşdə səhiyyə və tibb elmi sahəsində ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

 

ATU-nun rektoru, professor Gəray Gəraybəyli qonaqlara universitetin fəaliyyət istiqamətləri, yeni açılmış ixsitisaslar, tədris proqramlarının beynəlxalq akkreditasiyadan keçməsi, müasir laboratoriyalar barədə ətraflı məlumat verib.  

 

Səmimi qəbula görə təşəkkürünü bildirən Ausra Bilotiene-Motiejuniene cari ilin may ayında Litvanın Sağlamlıq Elmləri Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında imzalanmış əməkdaşlıq memorandumunu xatırladıb. O, bu sənədin ölkələrimiz arasındakı əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.

 

Görüşdə, həmçinin tibb kadrlarının hazırlanması prosesinin təkmilləşdirilməsi məsələləri müzakirə edilib. Qonaqlar tələbə-müəllim mübadiləsi məsələsinə müsbət yanaşdıqlarını bildiriblər.

 

Qeyd edək ki, görüşdə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, elmi katib, professor Nazim Pənahov, İnnovasiya və keyfiyyətin idarə olunması şöbəsinin müdiri Aygün Babayeva da iştirak edirdilər. 

ÇOX OXUNANLAR
Vitamin, mineral, antioksidan anbarı - Qaraciyəri təmizləyir, sümükləri gücləndirir, beyni qoruyur
 Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə vakant yerlər elan edilir   
Tanınmış onkoloq Əlövsət İsayevin 50 yaşı tamam olur
Suraxanı Tibb Mərkəzinin kollektivi Xocalı abidəsini ziyarət edib
Respublika Klinik Xəstəxanası vakansiya elan edir  
Xaçmazda Xocalı soyqırımına həsr edilən anım tədbiri keçirilib
 Qobustanda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
Bu gün qədim Xocalı torpağında Azərbaycanın üçrəngli bayrağı dalğalanır
Qonartrozlu xəstələrdə hərəkət zamanı ağrı artır, istirahət vaxtı isə azalır - Revmatoloq
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib
Milli Məclisin Səhiyyə Komitəsinin növbəti iclası keçirilib
Agentliyin Özəl tibb müəssisələrinin ekspertizası şöbəsinə mütəxəssis vəzifəsinə vakansiya elan edilir
 Xarici həkimlər Yeni Klinika ilə tanış olublar   
Ürək sağlamlığı üçün vacib olan vitamin və minerallar hansılardır? Ürək-damar cərrahiyyə uzmanı AÇIQLADI