“Patronaj xidmətinin gücləndirilməsi” layihəsi çərçivəsində yekun görüş keçirilib
22.06.2022 13:23

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin birgə həyata keçirdiyi “Patronaj xidmətinin gücləndirilməsi” layihəsi çərçivəsində yekun görüş keçirilib.

 

Aztibb.az TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, keçirilən görüşdə TƏBİB-in Tibbi fəaliyyətin təşkili, Strateji inkişaf, İnsan resursları departamentlərinin rəhbərləri, Beynəlxalq əməkdaşlıq şöbəsinin, İlkin səhiyyə xidmətinin təşkili şöbəsinin müdirləri və qurumun məsul əməkdaşları, UNICEF-in Azərbaycandakı nümayəndəliyinin layihə koordinatorları, rayon mərkəzi xəstəxanaların direktorları və ilkin səhiyyə xidməti müəssisələrinin rəhbərləri ilə nəzərdə tutulan addımlar üzrə müzakirələr aparılıb. İlkin səhiyyə xidməti səviyyəsində qadınlara və uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində yeni modelin tətbiqi ilə əldə edilən yekun nəticələr səsləndirilib.

 

Tədbirdə açılış nitqi ilə çıxış edən TƏBİB-in İlkin səhiyyə xidmətinin təşkili şöbəsinin müdiri Nəhmət Rəhmanov bildirib ki, yeni patronaj modelinin regionları mərhələ-mərhələ əhatə etməklə ölkənin bütün tibb müəssisələrində həyata keçirilməsi nəzərdə tutulub. N.Rəhmanov bir iqtisadi rayon üzrə daimi nəzarətin təmin edilməsi, məlumatların və hesabatların toplanması, təhlillərin aparılması ilə bağlı tibb müəssisəsi rəhbərlərinə, ailə sağlamlıq mərkəzlərinin rəhbərlərinə məlumat verib.

 

Görüş zamanı Ana və uşaq sağlamlığının təşkili şöbəsinin məsləhətçisi Günel Məmmədova ilkin səhiyyə mərhələsində tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər və onların əhəmiyyəti barədə məlumat verib.

 

Daha sonra layihənin təlimçisi Rübabə Quliyeva “Patronaj xidməti tibb bacılarının rolu” mövzusunu təqdim edib.

 

UNICEF-in layihə koordinatoru Yelena İsrafilova görüşün sonunda “Hamilə qadınlar və erkən yaşlı uşaqlara dair universal proqressiv xidmət modelinin tətbiqinin strateji istiqamətləri üzrə təlimat” barədə məlumat verib. Bildirilib ki, təlimat ilkin səhiyyə xidməti göstərən tibb işçilərinin fəaliyyətinin gücləndirilməsi ilə erkən yaşlı uşaqların həyat keyfiyyətinin yaxşılaşdırılması, xəstəliklərin, sosial problemlərin erkən aşkarlanması və müvafiq yardımın göstərilməsi nəticəsində xəstələnmə, fəsadlaşma və ölüm hallarının azaldılması məqsədini daşıyır.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Hər gün ispanaq yeməyin FAYDALARI
Peşəkar həkimlərimizi tanıyaq! -  Tibb üzrə fəlsəfə foktoru Sədi Allahverdiyev
Pediatr Sevil Orucovanın məqaləsi:
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Bu hallarda qırmızı ət zərərli və ya sağlam hesab edilir
 Qaranlığa qalib gələn təbib - Rəşad Mahmudov yazır...   
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
Maarifləndirici tədbir: “Məişət zorakılığına yox deyək!” 
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
Elmi-Tədqiqat Pediatriya İnstitutunda akademik Zərifə Əliyevaya həsr olunan konfrans keçirilib