Elektron səhiyyə saytı yenilənmiş formada istifadəyə verilib
11.05.2022 15:11

“Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi PHŞ” tərəfindən yenilənmiş Elektron səhiyyə (e-sehiyye.az) saytı istifadəyə verilib.

 

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Səhiyyə sahəsində informasiya texnologiyaların ölkədə tətbiqinin, bu sahədə dünyada olan yeniliklərin işıqlandırılması və əhaliyə təqdim olunan elektron xidmətlərin təqdim edilməsi məqsədilə 2008-ci ildən etibarən Səhiyyə Nazirliyində “Elektron Səhiyyə” internet portalı fəaliyyət göstərir. Hazırda “Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi PHŞ” tərəfindən portalın yeni versiyası istifadəyə verilib.

 

Portalda nazirlik tərəfindən həyata keçirilən yeni layihələr, elektron xidmətlər və elektron səhiyyə standartları və təsnifatları barədə məlumatlar yerləşdirilib.

 

Vətəndaşların və tibb işçilərinin xidmətlərdən istifadəsi, özlərinə aid tibbi məlumatlarının bir mənbədən əldə edilməsi üçün şəxsi kabinet yaradılıb.

 

Kabinetə qeydiyyat və giriş “Asan login” sistemi ilə həyata keçirilir. Kabinetə vətəndaşların tibbi məlmuatları yaxın gələcəkdə bütün ölkə üzrə tibb müəssisələrindən daxil olan vahid rəqəmsal səhiyyə ekosistemindən cəmlənəcək. Həkimlər və orta tibb işçiləri kabinet vasitəsilə praktik tibb fəaliyyəti barədə məlumatları əldə edə, eləcə də kadr uçot vərəqəsini çap edə biləcəklər.

 

Azərbaycanda təşəkkül tapan açıq informasiya siyasəti səhiyyə sahəsinin fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir. Səhiyyənin bütün pillələrində informasiya texnologiyalarının tətbiqi baxımından ciddi addımlar atılır, elektron xidmətlər təkmilləşdirilir, baş verən yeniliklər operativ şəkildə ictimaiyyətə çatdırılır.

ÇOX OXUNANLAR
Neyroloqlar beyninizi cavan saxlamağın altı yolunu sadalayıb
Yulaf sağlamlığa bu xüsusiyyətinə görə zərərlidir
Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsi və Çağrı Mərkəzi bayram günlərində 7/24 rejimində fəaliyyət göstərəcək
Çinli həkimlər donuz böyrəyini insana köçürüblər
Hər gün ispanaq yeməyin FAYDALARI
Ramazan sonrası necə qidalanmalı?
“Həkimlərimizi tanıyaq!” rubrikası: Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu Leyla Qaçaylı
Peşəkar həkimlərimizi tanıyaq! -  Tibb üzrə fəlsəfə foktoru Sədi Allahverdiyev
 Tibb müəssisələrində radioloji xidmətlərin təşkili istiqamətində işlər davam etdirilir   
Pediatr Sahilə Ələsgərova fəaliyyətini Xətai Tibb Mərkəzində davam etdirəcək
Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
Dişləri sıxmaq nəyə səbəb olur?
Pediatr Sevil Orucovanın məqaləsi:
Samux Rayon Mərkəzi Xəstəxanasına farmakonəzarət üzrə məsul şəxs vəzifəsinə yeni təyinat olub