İnsanın qan təzyiqi və ürək döyüntülərində baş verən dəyişiklikləri göstərən ÇİP İMPLANTLARI 
12.04.2022 12:05

“Çip implantları insanların gündəlik istifadə etdiyi texnologiyaların asanlaşdırılmış formasıdır. Bu çiplər ictimai nəqliyyat kartlarına, kontaktsız ödəniş funksiyası olan debet kartlara bənzəyir, həmçinin istifadə edilən NFC texnologiyasının köməkliyi ilə insan bədənində baş verən hadisələri - qan təzyiqi və ürək döyüntülərində baş verən dəyişiklikləri bildirir”.

 

Aztibb.az xəbər verir ki, bu sözləri “Walletmor” şirkətinin təsisçisi və rəhbəri Vijtek Paprota deyib.

 

Mikroçip ilk dəfə 1998-ci ildə insana implantasiya edilib, lakin bu texnologiya yalnız son 10 ildə satışa çıxarılıb. İnsan bədəninə daxil edilə bilən çiplərin yaradıcısı, Britaniya-Polşa şirkəti olan “Walletmor” bildirib ki, mikroçipləri ötən il satışa çıxaran ilk şirkətdir. Şirkətin rəhbəri V.Paprota qeyd edir ki, “çəkisi bir qramdan az və bir düyü dənəsindən bir qədər böyük olan “Walletmor” çipi kiçik bir mikroçipdən və plastikə bənzər təbii mənbəli material olan biopolimerə daxil edilmiş antenadan ibarətdir. Çip implantasiyadan dərhal sonra işləyir və implant edildiyi yerdə möhkəm qalır. O, həmçinin enerji mənbəyinə ehtiyac duymur”. Şirkət indiyə kimi 500-dən çox çip satdığını bildirir.

 

“Walletmor”un istifadə etdiyi texnologiya NFC, hər hansı qan təzyiqi aparatına ehtiyac olmadan istədiyimiz ölçüləri telefonumuzda dəqiq göstərir. Digər implantlar adətən fiziki təmassız debet və kredit kartlarına oxşar texnologiya olan radiotezlik identifaksiyasına (RFID) əsaslanır.

 

Reading Henley Business School Universitetinin siyasət, idarəetmə professoru Nada Kakabadse öz çıxışında bildirir ki, belə çiplərin gələcəkdə yarada biləcəyi təhlükələr üçün narahatdır. “Texnologiyanın sui-istifadə potensialı olan qaranlıq tərəfi var. Bu çiplər insanlara nəzarət, manipulyasiya və təzyiq üçün cazibədar bir fürsətdir”.

ÇOX OXUNANLAR
Neyroloqlar beyninizi cavan saxlamağın altı yolunu sadalayıb
Yulaf sağlamlığa bu xüsusiyyətinə görə zərərlidir
Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsi və Çağrı Mərkəzi bayram günlərində 7/24 rejimində fəaliyyət göstərəcək
Çinli həkimlər donuz böyrəyini insana köçürüblər
Hər gün ispanaq yeməyin FAYDALARI
Ramazan sonrası necə qidalanmalı?
“Həkimlərimizi tanıyaq!” rubrikası: Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu Leyla Qaçaylı
Peşəkar həkimlərimizi tanıyaq! -  Tibb üzrə fəlsəfə foktoru Sədi Allahverdiyev
Pediatr Sahilə Ələsgərova fəaliyyətini Xətai Tibb Mərkəzində davam etdirəcək
 Tibb müəssisələrində radioloji xidmətlərin təşkili istiqamətində işlər davam etdirilir   
Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
Dişləri sıxmaq nəyə səbəb olur?
Pediatr Sevil Orucovanın məqaləsi:
Samux Rayon Mərkəzi Xəstəxanasına farmakonəzarət üzrə məsul şəxs vəzifəsinə yeni təyinat olub