Azərbaycanda ilk dəfə “I Beynəlxalq pediatriya, uşaq cərrahiyyəsi və tibb bacıları konqresi" keçirilir  
07.04.2022 20:01

Azərbaycanda ilk dəfə “I Beynəlxalq pediatriya, uşaq cərrahiyyəsi və tibb bacıları konqresi" işə başlayıb.

 

Konqres TƏBİB, Səhiyyə Nazirliyi, Elmi-tədqiqat Pediatriya İnstitutu (ETPİ) və “Unity Company”nin birgə dəstəyi, Türkiyə, Almaniya, Ukrayna, Rusiyadan peşəkar həkimlər və tibb heyətinin iştirakı ilə həyata keçirilib.

 

Açılış nitqi ilə çıxış edən K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, t.ü.f.d. Allahverdi Musayev ilk dəfə Azərbaycanda konqres çərçivəsində pediatr, uşaq cərrahı və tibb bacılarının bir araya gətirildiyini qeyd edib.

 

A.Musayev konqresin 3 gün ərzində davam edəcəyini, ümumilikdə 300 nəfər iştirakçının rəsmi qeydiyyatdan keçdiyini və 70-dən çox məruzə dinləniləcəyini bildirib.

 

Daha sonra çıxış edən Ankara Universitetinin professoru Ömər Erdeve, Səhiyyə Nazirliyinin eksperti uzman pediatr Erkin Rəhimov, “Unity Company” təsisçisi Fikrət Əliyev tədbirin mahiyyəti barədə danışıblar.

 

Qeyd edək ki, konqresin keçirilməsinin əsas məqsədi uşaqların sağlamlığı kimi vacib məsələlərdə elmi-tədqiqat potensialımızı təkmilləşdirmək və uşaqların müasir, yüksək keyfiyyətli, effektli müalicə metodları ilə tanış olmaq, beynəlxalq təcrübdən yararlanmaq, sürətlə inkişaf edən tibbin tələblərinə uyğun müalicə metodlarının tətbiqi üzrə təcrübə mübadiləsi aparmaqdan ibarətdir.

ÇOX OXUNANLAR
42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilib - SİYAHI
 ATU-nun rektoru imtahanın gedişini izləyib   
Mayın 1-dən xəstəlik vərəqi elektron sənəd formasında hazırlanacaq  
Xırdalan Ailə Sağlamlıq Mərkəzində tibbi aksiya keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin hematoloqu tibb elmləri doktoru elmi dərəcəsini alıb
Sumqayıtda TİBBİ AKSİYA: Hacı Zeynalabdin qəsəbəsində 120 vətəndaş oftalmoloji müayinə olunub
 Naxçıvanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan oftalmoloji aksiya təşkil edilib
 ATU-nun Stomatologiya fakültəsinin tələbələri üçün müsabiqə keçirilib   
Dosent Rəhimə Qabulova İtaliyada beynəlxalq konqresdə çıxış edib
Şirvan Ürək Mərkəzində ilk dəfə periferik angioqrafiya əməliyyatı icra olunub
Qubadlı RMX-nın direktoru vətəndaşların müraciətlərini dinləyib
 
Kəlbəcərdə “İlkin tibbi yardım zamanı nələri bilməliyik?” mövzusunda təlim keçirilib