Ümumdünya Piylənmə ilə Mübarizə Gününə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib  
05.03.2022 18:00
Bu gün Ümumdünya Piylənmə ilə Mübarizə Gününə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib. Tədbir Səhiyyə Nazirliyinin dəstəyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Nutrisiologiya, diyetologiya və piylənmənin profilaktikası Akademiyası (ANDOP) və Bariatrik Metabolik Cərrahlar Assosiasiyasının birgə əməkdaşlığı ilə baş tutub.
 
Konfransı giriş sözü ilə açan ANDOP-un nümayəndəsi Emil Hidayətli piylənmənin hazırda dünyada geniş yayıldığını və inkişaf etmiş ölkələrin əksəriyyətində yetişkin insanların 15-25 faizinin piylənmədən əziyyət çəkdiyini bildirib.
 
Daha sonra İSİM-in direktoru Qəhrəman Haqverdiyev geniş təqdimatla çıxış edərək, son dövrlər uşaq və yeniyetmələr arasında da piylənmədə artımın müşahidə olunduğunu nəzərə çatdırıb: “Məktəblilərin sağlamlığının qorunması ölkəmizdə səhiyyə sisteminin prioritet vəzifələrindən biridir və gənc nəslin sağlam həyat tərzi vərdişlərinə yiyələnməsi üçün səhiyyə işçiləri tərəfindən əhali arasında geniş maarifləndirmə aparılır, düzgün və balanslı qidalanma ilə bağlı tövsiyələr verilir”.
 
ANDOP-un təsisçisi Sevinc Zaman, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin koordinatoru Əsmər Kərimli, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri Tural QuluElturan İsmayılov, həkim Tariyel Ömərov və digər təmsilçilərin çıxışlarında vurğulanıb ki, piylənmə artıq qlobal səviyyədə epidemiyaya çevrilib və təhlükəli faktlar dünyanın elm və səhiyyə ictimaiyyətini bu problemi həll etmək üçün birləşməyə vadar edir.
 
Qeyd edək ki, bu istiqamətdə ölkəmizdə artıq ənənəvi olaraq keçirilən elmi konfrans çərçivəsində qlobal piylənmə probleminin müxtəlif aspektlərinə toxunuldu, piylənmənin profilaktikası, bariatrik və metabolik cərrahiyyə, uşaqlarda piylənmə, piylənmənin farmakoterapiyası, pasiyentlərin uzunmüddətli nəzarəti, piylənmə ilə mübarizə üzrə xüsusiləşdirilmiş mərkəzlərin yaradılması və s. məsələlərdən danışılıb.
 
Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditə olunmuşdu və həmçinin, Beynəlxalq Bariatrik Cərrahlar və Metabolik Xəstəliklər Federasiyası (IFSO) tərəfindən təsdiq edilmişdi.
ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
Yulaf sağlamlığa bu xüsusiyyətinə görə zərərlidir
Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsi və Çağrı Mərkəzi bayram günlərində 7/24 rejimində fəaliyyət göstərəcək
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Hər gün ispanaq yeməyin FAYDALARI
Peşəkar həkimlərimizi tanıyaq! -  Tibb üzrə fəlsəfə foktoru Sədi Allahverdiyev
Pediatr Sevil Orucovanın məqaləsi:
Bu hallarda qırmızı ət zərərli və ya sağlam hesab edilir
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
 Qaranlığa qalib gələn təbib - Rəşad Mahmudov yazır...   
Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Maarifləndirici tədbir: “Məişət zorakılığına yox deyək!” 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır