AMEA-nın müxbir üzvü Nuru Bayramov Gömrük Komitəsinin yubiley medalı ilə təltif olunub
21.02.2022 16:00

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin sərəncamı ilə AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992–2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

 

Bu gün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəsi Ceyhun Məmmədov Yubiley medalını professor Nuru Bayramova təqdim edib.

 

Professor Nuru Bayramov ona göstərilən diqqətə görə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə və Tibbi Xidmət İdarəsinin rəsi Ceyhun Məmmədova təşəkkürünü bildirib.

 

Qeyd edək ki, professor Nuru Bayramov Mərkəzi Gömrük Hospitalının qurulması işlərində fəal iştirak etmiş, Hospitalda ümumi laparoskopik və transplantasiya cərrahiyyəsi sahəsində unikal əməliyyatların həyata keçirilməsinə imza atmışdır.