
Boyun ostexondrozunu aradan qaldırmaq üçün TƏBİİ ÜSULLAR
11.01.2022 09:55
Elm və texnikanın sürətlə inkişafı, insanların tənbəlləşməsi, hərəkətin azalması və kompüter qarşısında saatlarla zaman keçirilməsi bir sıra xəstəliklərin, xüsusən də boyun osteoxondrozunun da artmasına səbəb olur. Baş beyin orqanizmi idarə edən orqan olduğuna görə osteoxondroz nəticəsində onun qan dövranının zəifləməsi bütün bədənin işini pozur. Osteoxondroz nə qədər ağırlaşırsa, beyin qan dövranının pozulması əlamətləri – başgicəllənmə, ağrı, keyimə kimi hallar da o qədər çoxalır. Bəzən başgicəllənmə o dərəcəyə çatır ki, xəstə yolu düz gedə bilmir, başağrısı gün boyu davam edir. Boyun osteoxondrozunun daha da ağırlaşması nəticəsində bütün bədəndə, əsasən də ayaqlarda və qollarda hissiyyatsızlıq və keyimə kimi hallar çoxalır.
Aztibb.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib.
Həkim bildirib ki, boyun osteoxondrozu ağır xəstəlikdir və müalicəyə çətin tabe olur. Dərman preparatları və bitkilərlə aparılan müxtəlif müalicələr müvəqqəti nəticə verir. Xəstəlik zamanı fəqərə arasındakı qığırdaqlar tamamilə dağılır, fəqərələrin sümük səthləri bir-birinə toxunaraq zədələnir və bütün fəsadlar da bundan sonra başlayır.
"Boyun osteoxondrozunu aradan qaldırmaq üçün bir neçə təbii üsuldan istifadə olunur", - deyə bildirən F.Hüseynov, əlavə edib ki, ilk növbədə başdan 3, boyundan 2 və onurğa üstündən belə qədər 5 banka həcəmət edilir.
Onun sözlərinə görə, 10 gün keçdikdən sonra həftədə 10, cəmi 50 ədəd zəli qoyulur. 1-ci həftə boyuna 10, 2-ci həftə boyunla kürək arasına 10, 3-cü həftə kürəyə 10, 4-cü həftə belə 10, 5-ci həftə yenə də boyun üstünə 10 ədəd zəli qoyulur. Zəli qoymazdan əvvəl qanın ümumi analizinə və qan laxtalanmasına diqqət etmək lazımdır. Əgər qanda hemoqlobin azdırsa, yüksəltmək lazımdır, əgər qan durudursa, onda ya zəli qoyulmamalı və ya həftədə 4-5 ədəddən çox qoyulmamalıdır.
F.Hüseynov qeyd edib ki, müalicə ilə yanaşı, 2 ay öksəotu və sofora bitkiləri qarışdırılaraq 2 xörək qaşığı 3 stəkan su tutan termosda dəmlənir və gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan qəbul edilir. Müalicə proseduru hər 4 aydan bir təkrar edilir. Boyun osteoxondrozunun daha bir səmərəli müalicəsi isə təzə andız köklərini ətçəkən maşından keçirib boyuna qoyub bağlamaqdır. Andız kökünü 2 gündən bir cəmi 10 dəfə qoymaq effektlidir.
Bu bölməyə aid digər xəbərlər
Zəhərli zobun müalicəsində istifadə olunan bu vasitə xərçəng riskini artırır - DİQQƏT!
18.05.2022 | 15:42
Dərini cavanlaşdıran gicitkən toxumu yağının faydaları
18.05.2022 | 12:01
Qastrit və xora xəstəliyi zamanı qidalanma necə olmaldıır?
18.05.2022 | 11:36
"Yastıpəncəlilik müalicə olunan patologiyadır" - ATU-nun dosenti
17.05.2022 | 19:12
Yaşıl çayın bilmədiyiniz FAYDALARI
17.05.2022 | 15:56
Şəkərli diabet xəstələrinin NƏZƏRİNƏ! - Bu qidalar olmaz!
17.05.2022 | 14:41
Glomerulonefrit və pyelonefrit böyrək çatışmazlığına yol aça bilər - Nefroloq
17.05.2022 | 09:33
Bəzi pəhriz məhsulları arıqlamağın qarşısını alır - Neyroendokrinoloq
17.05.2022 | 09:00
İnfarkta təkan verən RİSK FAKTORLARI
16.05.2022 | 17:35
Yırtığın ölçüləri azala bilirmi? - Həkim osteopat AYDINLIQ gətirdi
16.05.2022 | 17:25
ÇOX OXUNANLAR
Bir sıra səhiyyə ocaqları Səhiyyə Nazirliyinə verilib - SİYAHI
13.05.2022 | 16:07

Papillomaları müalicə edən dəmrovotunun FAYDALARI
13.05.2022 | 00:17

Əczaçılıq fakültəsi Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib
13.05.2022 | 15:08

Son sutkada koronavirusdan ölən olmayıb
09.05.2022 | 17:36

Səhiyyə Nazirliyinin aparatının işçilərinin sayı artırılıb
13.05.2022 | 15:29

1001 dərdin dərmanı – Bildirçin yumurtası
16.05.2022 | 22:44

Çuğundur ahıl insanların zehni sağlamlığını qoruyur
09.05.2022 | 08:36

Son sutkada yoluxanların sayı AÇIQLANIB
11.05.2022 | 16:39

Kliniki Tibbi Mərkəzdə YENİ TƏYİNAT
10.05.2022 | 17:44

Mayın 15-də rezidenturaya qəbul imtahanı keçiriləcək
11.05.2022 | 15:18

Bu il Azərbaycanda 902 əkiz, 42 üçəm doğulub
17.05.2022 | 16:59

Azərbaycanda ölüm səviyyəsi azalıb
17.05.2022 | 17:29

Bu resept qəbizlik və bronxitə qarşı effektivdir - Fitoterapevt
10.05.2022 | 10:10

Səhiyyə Nazirliyinin nümayəndə heyəti Hacettepe Universitetinin fəaliyyəti ilə tanış olub
18.05.2022 | 14:36

Alma sirkəsinin müalicəvi xüsusiyyətləri
17.05.2022 | 17:22
