Moskvada yaşayan azərbaycanlı həkim: Ata yurdum Ağdamın azad edilməsi mənə sonsuz sevinc bəxş etdi
09.10.2021 18:43

Azərbaycandan Moskvaya 2004-cü ildə təhsilimi davam etdirmək üçün köçmüşəm. Dədə-baba yurdum olan Qarabağla, Ağdamla olan ayrılığımız isə 1990-cı illərdə Birinci Qarabağ müharibəsi dövründə başlayıb. İllər keçsə də, dövran dəyişsə də, Qarabağla bağlı ümidim heç vaxt ölməmişdi. Mən əmin idim ki, torpaqlarımız yenə bizə qayıdacaq, Qarabağ Azərbaycana qayıdacaq!

 

Aztibb.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a Moskvada yaşayan soydaşımız, tibb elmləri namizədi, şüa diaqnostikası üzrə mütəxəssis, Rusiya Azərbaycanlı Gənclər Birliyinin İdarə Heyətinin üzvü Samir Əliyev deyib.

 

2020-ci il sentyabrın 27-də Azərbaycanda olduğunu qeyd edən Samir Əliyev bildirib: “Koronavirus pandemiyası ilə əlaqədar rusiyalı mütəxəssislər qrupunun tərkibində Azərbaycana gəlmiş və “Qırmızı zonada” çalışmağa təyin olunmuşdum. Müharibənin ilk sədaları gələndə illərdir ürəyimdə olan ümid işığı böyüməyə başladı. Gözləyirdim ki, bəlkə bizi də əsgərlərimizi sağaltmağa və müalicə etməyə cəbhəyə göndərərlər. Cəbhədən gələn xəbərlər mənə də, həmkarlarıma da möhkəm olmağa güc verirdi, artıq “Gələn il Qarabağda” ifadəsinin xəyal yox, tam real olduğuna əmin idim”.

 

Həmin günlər Moskvada qalan ailə üzvlərinə, dost-tanışlara düzgün məlumat verməyə çalışdığını deyən Samir xatırlayır: “Məsələn, Rusiyada yaşayan azərbaycanlılarla birləşib düşmən tərəfin təsiri altında yazılmış qərəzli məqalələrə təkzibedici cavablar verir, həqiqətə uyğun olmayan məlumatların silinməsinə nail olurduq. Həmçinin informasiya müharibəsi aparırdıq. Çox şükür ki, bizim səsimiz eşidilirdi”.

 

Samir Əliyev deyir ki, hər qarış torpaq alındıqca ürəyi sonsuz sevinc, Azərbaycan əsgərinə görə sonsuz fəxr və qürur hissləri ilə dolurdu.

 

“Müharibənin Qələbə ilə bitməsi, Laçın, Kəlbəcər və ata yurdum Ağdamın döyüşsüz Azərbaycana qaytarılması sevincimi qat-qat artırdı. Bu sevinclə yanaşı, bizə bu hissləri yaşadan, yurdsuzluğu unutduran şəhidlərimizi əsla unutmaq olmaz. Hər bir şəhidin qarşısında borcumuz sonsuzdur, bu müharibədə canını qurban verən hər bir əsgər mənə doğmam qədər əzizdir. Allah qanı bahasına bizi torpaqlarımıza qovuşduran şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.

 

Yeni tarix yazılmış gündə mən artıq Moskvada idim. Azərbaycanımızın ərazi bütövlüyünün bərpa olmasına sevinirdik. Həm də ailəlikcə təəssüflənirdik ki, bu sevinci, bu tarixi hadisəni doğmalarımız, xalqımızla qeyd edə bilmirik”, - deyə S.Əliyev vurğulayıb.

ÇOX OXUNANLAR
42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilib - SİYAHI
Diaqnoz Tibb Mərkəzinin təşkilatçılığı ilə nevroloqlar üçün seminar keçirilib
Mayın 1-dən xəstəlik vərəqi elektron sənəd formasında hazırlanacaq  
Şirvan Ürək Mərkəzində ilk dəfə periferik angioqrafiya əməliyyatı icra olunub
Kəlbəcərdə “İlkin tibbi yardım zamanı nələri bilməliyik?” mövzusunda təlim keçirilib
Mərkəzi Klinikada 1 aylıq körpə üzərində çətin əməliyyat icra olunub
Dosent Rəhimə Qabulova İtaliyada beynəlxalq konqresdə çıxış edib
 
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir
Səhiyyə naziri Qlobal Fondun yeni təyin olunan Portfolio meneceri ilə görüşüb
 Həssas əhali qrupu üçün səyyar tibbi aksiya davam etdirilir   
Leyla Əliyeva Milli Hematologiya və Transfuziologiya Mərkəzini ziyarət edib
 Qubanın Səbətlər kəndində tibbi AKSİYA