Bilməli olduğumuz e-tibb terminləri
10.10.2021 15:40
1990-cı illərin ortalarına kimi səhiyyə sahəsində “teletibb” termini geniş tətbiq edilirdi.
 
Aztibb.az teletibb, e-tibb, e-səhiyyə və telesəhiyyə anlayışlarının qısa izahını təqdim edir.
 
Hazırda tədqiqatçılar arasında bu terminlərin əhatə dairəsinə birmənalı yanaşma yoxdur və müxtəlif baxışlar mövcuddur .
 
E-səhiyyə, e-tibb (teletibb) də daxil olmaqla, daha geniş əhatəli termindir. Bu anlamda e-səhiyyə termini məsafədən (əsasən İnternet üzərindən) göstərilən müxtəlif təyinatlı informasiya-kommunikasiya və tibbi xidmətlər kompleksini əhatə edir.
 
E-tibb, teletibb və e-səhiyyə müxtəlif anlayışlardır. Belə ki, e-tibb məsafədən göstərilən telekardiologiya, teleradiologiya, telepatologiya, teleoftalmologiya, teledermatologiya, telecərrahiyyə kimi tibbi xidmətləri əhatə edir.
 
E-səhiyyə isə İKT-nin səhiyyədə tətbiqini, tibbi kommunikasiya xidmətlərini, təsvirlərin arxivləşdirilməsi sistemlərini, tibbi informasiya sistemlərini, elektron təhsili, müalicə preparatlarının elektron təyin edilməsini və s. özündə ehtiva edir.
 
Teletibb (e-tibb) və telesəhiyyə (e-səhiyyə) eyni anlayışlardır. Hər ikisi məsafədən səhiyyə xidmətlərinin geniş spektrini əhatə edən sinonim-terminlərdir.
 
Pasiyentlərə videokonfrans və müxtəlif portallar vasitəsilə məsləhətlərin verilməsi, həyati vacib funksiyaların məsafədən diaqnostikası, fasiləsiz tibbi təhsil də daxil olmaqla tibbi təsvirlərin, laborator analizlərin, elektron fərdi məlumatların ötürülməsi və mübadiləsi, pasiyentin arzu və təkliflərini nəzərə alaraq onunla naqilsiz əlaqənin qurulması, tibbi tədqiqatların informasiya dəstəyi və s. – bütün bunlar e-tibb və e-səhiyyənin hissələri hesab olunur.
 
E-tibb, teletibb və e-səhiyyə anlayışlarına birmənalı yanaşmaların olmaması səbəbindən bu gün e-səhiyyənin və e-tibbin vahid tərifləri mövcud deyil. Odur ki, ədəbiyyatda bu terminlərin çoxlu sayda təriflərinə rast gəlinir.
ÇOX OXUNANLAR
Akademik Əhliman Əmiraslanov: “Respublikamızın ixtisaslaşdırılmış tibb müəssisələrində protezlə təchizat işi qənaətbəxş vəziyyətdədir
Qarabağ Universitetinin Klinikasına baş direktor təyin olunub  
Prostat vəzi xərçənginin müalicəsində irəliləyiş - Yeni dərman hazırlanıb
Niyə elm ənənəvi təbabətə inanmır?
Tanınmış cərrah Ramiz Məlikov vəfat edib
Bakı Sağlamlıq Mərkəzinin həkimi uzun sürən xəstəlikdən sonra vəfat edib
Pirallahı Tibb Mərkəzində EEQ müayinələrinə başlanılıb
Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunu qəbul edib  
Ödənişsiz Kt və MRT müayinələri Referans Qəbələ Tibb Mərkəzində!
Naxçıvanda Hemodializ Mərkəzi fəaliyyətə başlayacaq
Mərkəzi Gömrük Hospitalında seminar: “Qan və komponentlərinin transfuziyasının aparılması və nəzarət“
“Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” II respublika elmi-praktiki konfransı keçiriləcək
Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu vakansiya elan edir
Qaraciyər transplantasiyasında anesteziyanın xüsusiyyətlərinə dair görüş keçiriləcək
Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!