Vaksinasiyaya dəstək layihəsi çərçivəsində təlimlər davam etdirilir
14.09.2021 12:22
Azərbaycan Tibb Universitetində Aİ-nin maliyyələşdirdiyi COVID-19-a qarşı peyvəndləməyə dəstək layihəsi çərçivəsində (EU-funded COVID-19 Vaccination and Vaccine Preparedness and Deployment Programme) Basic Life Support (BLS) və Advance Life Support (ALS) təlimləri davam edir.
 
Aztibb.az xəbər verir ki, təlim Tədris Cərrahiyyə Klinikasının13-cü mərtəbəsində keçirilir. Nəzəri və praktik hissələrdən ibarətdir. BLS 2 gün, ALS 5 günlük kurslardır. (hər gün 4 saat olmaqla). Sonda yüksək nəticə göstərən iştirakçılara beynəlxalq təşkilatların nümayəndələrinin imzası olan sertifikat verilir.
 
Təlimlər ATU-nun həkim, həkim rezidentləri, 5-6-cı kurs tələbələri, ATU nəzdində olan klinikaların orta və kiçik personalı üçün nəzərdə tutulmuşdur. Təlim ödənişsizdir.
 
Yazılmaq istəyənlər +994555484561 nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçməlidir. Pandemiya ilə əlaqədar qruplarda iştirakçı sayı məhduddur.