ICESCO qadın həkimlər üçün süni intellektə dair seminar keçirib
14.09.2021 11:57

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) elan etdiyi “Qadın ili” çərçivəsində qadın həkimlər üçün süni intellektə dair beynəlxalq seminar keçirilib.

 

Aztibb.az xəbər verir ki, təşkilatın baş ofisindən bildiriblər ki, Euromed Universiteti ilə birgə “Qadın həkimlər üçün süni intellektə giriş” mövzusunda təşkil olunmuş tədbirdə yeni texnologiyalar dövründə süni intellektin tibb elmində tətbiqi, bu sahədə nəzəri biliklər və praktik məsələlər, müxtəlif modullar üzrə məruzələr təqdim olunub. ICESCO-nun Yüksək Texnologiyalar Mərkəzinin direktoru Kais Həmmami çıxışında bildirib ki, təşkilatın ekspertləri və müxtəlif elm mərkəzlərinin mütəxəssisləri islam ölkələrindəki qadın həkimlərin süni intellektə dair biliklərini artırmaq məqsədilə keçiriləcək silsilə seminar və konfranslarda texnologiyanın bu sahədə ən son nailiyyətlərini təqdim edəcəklər. O əlavə edib ki, artıq bütün sahələrdə, o cümlədən tibb elmində qlobal texnoloji inqilab baş verir və üzv ölkələrdən olan həkimlər bu prosesdə fəal iştirak etməlidirlər.

 

Qadın həkimlər üçün keçirilən ilk seminarda iştirakçılar arasında interaktiv müzakirələr aparılıb, süni intellektə dair videomateriallar nümayiş etdirilib.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
Yulaf sağlamlığa bu xüsusiyyətinə görə zərərlidir
Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsi və Çağrı Mərkəzi bayram günlərində 7/24 rejimində fəaliyyət göstərəcək
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Hər gün ispanaq yeməyin FAYDALARI
Peşəkar həkimlərimizi tanıyaq! -  Tibb üzrə fəlsəfə foktoru Sədi Allahverdiyev
Pediatr Sevil Orucovanın məqaləsi:
Bu hallarda qırmızı ət zərərli və ya sağlam hesab edilir
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
 Qaranlığa qalib gələn təbib - Rəşad Mahmudov yazır...   
Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Maarifləndirici tədbir: “Məişət zorakılığına yox deyək!” 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır