MDB-nin iştirakçısı olan bütün dövlətlər səhiyyədə İKT-ni fəal şəkildə tətbiq edirlər - İCLAS
10.09.2021 14:04

Belarus Diplomsonrası Təhsil Tibb Akademiyası bazasında MDB-nin iştirakçısı olan dövlətlərin milli elektron səhiyyə sistemlərinin inteqrasiyası məsələləri üzrə İşçi Qrupunun iclası keçirilib. 

 

Aztibb.az Belarus Respublikası Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, gündəlikdə MDB-də Teletibb Yol Xəritəsinin hazırlanması məsələsi olub.

 

Belarus Respublikası səhiyyə nazirinin müavini Dmitri Çeredniçenko tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, “dünya hər gün dəyişir: əgər son iki yüzillik sənayenin sürətli inkişaf mərhələsi oldusa, XXI əsr informasiya texnologiyalarının inkişaf dövrüdür. Rəqəmsal səhiyyənin yaradılması və inkişafına istiqamətlənmə, istisnasız olaraq Birliyin bütün dövlətlərinin iqtisadiyyatının rəqəmsal transformasiyasının ayrılmaz hissəsidir".

 

Müşavirədə qeyd olunub ki, bu gün MDB-nin iştirakçısı olan bütün dövlətlər səhiyyədə İKT-ni fəal şəkildə tətbiq edirlər. Bu da, öz növbəsində tibbi xidmətin keyfiyyətinin və əlçatanlığının artırılmasına səbəb olur.

 

İclas iştirakçıları MDB-nin iştirakçısı olan dövlətlərin teletibb transsərhəd qarşılıqlı fəaliyyətinin inkişafına dair Yol Xəritəsini müzakirə ediblər. Sənəd Belarus Respublikasının mütəxəssisləri tərəfindən hazırlanıb.

 

Ekspertlər, avtomatlaşdırılmış transsərhəd teletibb məsləhət sisteminin (TTM) 2023-cü ildə daimi istifadəyə verilə biləcəyini ehtimal edirlər. Bundan əvvəl, milli qanunvericiliyə uyğun olaraq transsərhəd TTM üçün biznes prosesi hazırlamaq, məlumatların qorunmasına qarşı tələbləri razılaşdırmaq, transsərhəd TTM aparmaq üçün xəstəliklərin, tibbi sənədlərin siyahısını və onların məzmununu müəyyən etmək, transsərhəd TTM-nin təmin edilməsi üçün tibbi və texniki personala təlim keçmək lazımdır.

ÇOX OXUNANLAR
42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilib - SİYAHI
Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
Yardımlının Avaş, Deman və Arvana kəndlərində aksiya: 116 nəfərə tibbi xidmət göstərilib
Rəşad Mahmudov:
 ATU-nun rektoru imtahanın gedişini izləyib   
Naxçıvanda cərrahi xəstəliklərin diaqnostikasına dair konfrans keçirilib
Xırdalan Ailə Sağlamlıq Mərkəzində tibbi aksiya keçirilib
Mayın 1-dən xəstəlik vərəqi elektron sənəd formasında hazırlanacaq  
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin hematoloqu tibb elmləri doktoru elmi dərəcəsini alıb
 “Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: İxtiyar Məhəmmədzadə
Sumqayıtda TİBBİ AKSİYA: Hacı Zeynalabdin qəsəbəsində 120 vətəndaş oftalmoloji müayinə olunub
Səhiyyə naziri Qətərin ölkəmizdəki səfiri ilə görüşüb
Ömrünün 27 ilini  Şəmkir Rayon Mərkəzi Xəstəxanasına bağlayan həkim - Yusif Məmmədov
 Naxçıvanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan oftalmoloji aksiya təşkil edilib