COVID-19-la mübarizə üçün Azərbaycana 115 kubalı tibb mütəxəssisi gəlib
14.07.2020 11:12

Prezident İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə uyğun olaraq, yeni növ koronavirusla mübarizə sahəsində çalışan 115 kubalı tibb mütəxəssisi ölkəmizə gəlib.

 

Kubalı mütəxəssislər COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində Azərbaycana dəvət olunublar.

 

Aztibb.az xəbər verir ki, Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondo jurnalistlərə müsahibəsində Azərbaycan və Kuba arasındakı münasibətlərin inkişafından danışıb. Bildirib ki, indiki zamanda Kuba özünə doğma hesab etdiyi Azərbaycana dəstəyini əsirgəmir. Bu səbəbdən Kubadan Azərbaycana böyük tibb personalı gəlib. “Bu addım eyni zamanda həmrəylik və humanizmin göstəricisidir”, – deyə səfir vurğulayıb.

 

Kubadan gələn həkim briqadasının rəhbəri Deysi Torres Avela qeyd edib ki, briqada pandemiyaya qarşı mübarizədə Kubanın təcrübəsini bölüşəcək. Vurğulayıb ki, kubalı tibb işçiləri azərbaycanlı həmkarları ilə birgə COVID-19-a qarşı mübarizə aparacaqlar.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Ramin Ağayev bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın dəvəti ilə ölkəmizə gələn Kuba Respublikasının tibb işçilərindən ibarət böyük heyət 3 ay müddətində Azərbaycanda olacaq.

 

Qeyd edək ki, Kubanın tibb mütəxəssisləri dünyanın 20-dən çox ölkəsində pandemiya ilə mübarizəyə dəstək göstərirlər.

 

ÇOX OXUNANLAR
42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilib - SİYAHI
Diaqnoz Tibb Mərkəzinin təşkilatçılığı ilə nevroloqlar üçün seminar keçirilib
Mayın 1-dən xəstəlik vərəqi elektron sənəd formasında hazırlanacaq  
Şirvan Ürək Mərkəzində ilk dəfə periferik angioqrafiya əməliyyatı icra olunub
Kəlbəcərdə “İlkin tibbi yardım zamanı nələri bilməliyik?” mövzusunda təlim keçirilib
Mərkəzi Klinikada 1 aylıq körpə üzərində çətin əməliyyat icra olunub
Dosent Rəhimə Qabulova İtaliyada beynəlxalq konqresdə çıxış edib
 
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir
Səhiyyə naziri Qlobal Fondun yeni təyin olunan Portfolio meneceri ilə görüşüb
Leyla Əliyeva Milli Hematologiya və Transfuziologiya Mərkəzini ziyarət edib
 Həssas əhali qrupu üçün səyyar tibbi aksiya davam etdirilir   
 Qubanın Səbətlər kəndində tibbi AKSİYA