Narkomaniya ilə bağlı maarifləndirmə işləri genişləndirilir
30.07.2021 17:21

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu bu sosial bəlaya qarşı mübarizə tədbirləri çərçivəsində maarifləndirmə işini davam etdirir.

 

İşçi qrupundan verilən məlumata görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə vətəndaşların aktiv fəaliyyət göstərməsi üçün qrupunda yaradılan 802 - qaynar xətt telefon xidmətinin fəaliyyətini ictimaiyyət arasında geniş təbliğ etmək məqsədilə carı il iyulun 25-dən sosial çarx metronun stansiyalarında nümayiş olunur.