Özəl klinikalarda müayinə üçün ödənişlər ləğv olunub  
11.06.2021 15:01

“Pfizer” vaksinini vurdurmaq üçün özəl klinikalara müraciət edənlər peyvənddən əvvəl tibbi müayinə zamanı ödəniş etməyəcəklər.

 

Aztibb.az-ın məlumatına görə, əvvəlki qaydaya görə, vaksini vurdurmaq üçün özəl “Leyla Medical Center” və “Caspian İnternational Hospital”a müraciət edən şəxslərin peyvəndlənmə prosesi müəssisənin daxili qaydalarına uyğun olaraq həyata keçirilirdi. Belə ki, peyvəndlənmədən əvvəl müayinəyə ehtiyac yaranırdısa, həmin müayinələr ödənişli əsaslarla aparılırdı.

 

Qeyd edək ki, özəl klinikalarda peyvənd vurdurmaq üçün randevu.its.gov.az saytında qeydiyyatdan keçərkən bununla bağlı yerləşdirilmiş bildiriş də artıq saytdan çıxarılıb.

 

“Leyla Medical Center” və “Caspian İnternational Hospital”dan məlumatı təsdiqləyiblər.

 

Əlavə edək ki, hazırda "Pfizer” vaksininin istifadəsi Bakı Sağlamlıq Mərkəzində və Zərifə Əliyeva 5 ünvanında yerləşən Mərkəzi Klinik Xəstəxanasının ambulatoriyası, “Leyla Medical Center”, “Caspian İnternational Hospital” və M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında aparılır.

ÇOX OXUNANLAR
42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilib - SİYAHI
Diaqnoz Tibb Mərkəzinin təşkilatçılığı ilə nevroloqlar üçün seminar keçirilib
Mayın 1-dən xəstəlik vərəqi elektron sənəd formasında hazırlanacaq  
Şirvan Ürək Mərkəzində ilk dəfə periferik angioqrafiya əməliyyatı icra olunub
Kəlbəcərdə “İlkin tibbi yardım zamanı nələri bilməliyik?” mövzusunda təlim keçirilib
Mərkəzi Klinikada 1 aylıq körpə üzərində çətin əməliyyat icra olunub
Dosent Rəhimə Qabulova İtaliyada beynəlxalq konqresdə çıxış edib
 
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir
Səhiyyə naziri Qlobal Fondun yeni təyin olunan Portfolio meneceri ilə görüşüb
 Həssas əhali qrupu üçün səyyar tibbi aksiya davam etdirilir   
Leyla Əliyeva Milli Hematologiya və Transfuziologiya Mərkəzini ziyarət edib
 Qubanın Səbətlər kəndində tibbi AKSİYA